Məzmuna keç
Bildim
Ana səhifəyə qayıt

Kömək

Tez-tez verilən suallar

Bildimdən istifadə, hesab, məxfilik və tədris funksiyaları haqqında qısa cavablar.

Bildim nədir?

Bildim 5–11-ci sinif şagirdləri üçün Azərbaycan dilində riyaziyyat öyrənmə tətbiqidir. Sinfini seçəndə mövzu ardıcıllığı, izahın dili və sualların çətinlik diapazonu həmin sinfə uyğun açılır; gündəlik plan, dərslər, Soruş, qısa test və Səhvlər dəftəri hesabına bağlı qalır.

Hansı siniflər dəstəklənir?

5–11-ci sinif şagirdləri üçündür. Sinfini seçirsən, mövzu ardıcıllığı və sualların çətinlik diapazonu həmin sinfə uyğun açılır. Hazırda yalnız riyaziyyatı əhatə edir; mövzular və dərslər mərhələli şəkildə genişləndirilir.

Soruş necə işləyir?

Soruş sinif proqramındakı riyaziyyat suallarını Azərbaycan dilində, addım-addım izah edir. İzahlar dərslik və proqram mənbələrinə əsaslanır; sinfində keçilən üsul və işarələməyə uyğun qurulmağa çalışılır. Uyğun mənbə tapılmayanda cavab uydurmur — tapmadığını deyir. Söhbət izah üçündür; mənimsəmə faizi qiymətləndirilən cəhdlərdən hesablanır.

Bildim hansı materiallardan istifadə edir?

İzahlar dərslik və proqram mənbələrinə əsaslanır: sual veriləndə uyğun parça axtarılır. Bu, rəsmi dərslik, nazirlik təsdiqi və ya DİM tərəfdaşlığı iddiası deyil. 5–7-ci siniflərdə mənbə dəstəyi hələ 8–11-ci siniflərdəki qədər geniş deyil — orada səhifə istinadı və dərslik şəkli qayıtmaya bilər.

Şəkildən riyaziyyat sualı vermək mümkündürmü?

Bəli. Tapşırığın və ya dərslik səhifəsinin şəklini yükləyəndə Bildim mətni oxuyur, sən yoxlayırsan, sonra göndərirsən — Soruş addım-addım izah verir. Çertyojun ölçülərini yazmaq lazım ola bilər. Şəkil yalnız emal üçün göndərilir və Bildim serverində saxlanılmır; şəxsi sənəd və ya riyaziyyata aid olmayan şəkillər qəbul edilmir.

Hesab yaratmaq məcburidir?

Bəli. İrəliləyişin, planın, Səhvlər dəftərin və söhbətlərin hesabına bağlıdır, ona görə öyrənmə funksiyaları hesabla işləyir.

Pulludur?

Hesab yaratmaq pulsuzdur. Pulsuz hesabda gündəlik limit var — hazırda 10 sual (yazılı və ya şəkil) və 10 qısa test; limit hər gün yenilənir. Limit bitəndə növbəti gün yenidən sual verə bilərsən.

Məlumatlarım necə qorunur?

Yazdığın suallar və yüklədiyin şəkillər cavab hazırlanması üçün Google AI (Gemini) xidmətinə ötürülür; şəkil Bildim serverində saxlanılmır. Söhbətlərin hesabına bağlı saxlanılır və son fəaliyyətdən 90 gün sonra avtomatik silinir. Ayrıca bir söhbəti söhbətlər siyahısında həmin söhbətin «Sil» düyməsi ilə, bütün hesabı isə «Mən → Tənzimləmələr → Hesabı sil» bölməsindən özün silə bilərsən.

Hesabımı necə silirəm?

Tətbiqdə «Mən → Tənzimləmələr → Hesabı sil» bölməsindən özün silə bilərsən. Giriş həmin anda bağlanır, serverdəki tədris məlumatları isə adətən bir neçə saat, ən geci 24 saat ərzində silinir.

Cavablar həmişə düzgün olur?

Xeyr — AI səhv edə bilər. Ona görə izahlar dərslik və proqram mənbələrinə əsaslanır, sən isə problemli cavabı bildirə bilirsən: söhbətdə cavabın «⋯» menyusundakı «Səhv bildir» seçimi ilə, məşqdə isə «Sualda səhv var?» düyməsi ilə səbəbi seçərək. İmtahan, qiymətləndirmə və rəsmi tapşırıqlarda cavabı müəllim və dərsliklə mütləq yoxla.

Bildim ChatGPT-dən nə ilə fərqlənir?

Bildim sənin səhvini, möhkəmləndiriləcək mövzunu və gündəlik planını hesabında saxlayır. Ümumi söhbət botları məktəb profilinə və öyrənmə dövrünə bağlı deyil. İzahlar dərslik və proqram mənbələrinə əsaslanır. Uyğun mənbə tapılmayanda cavab uydurmur — tapmadığını deyir.

Möhkəmləndiriləcək mövzular necə müəyyən edilir?

Möhkəmləndiriləcək mövzular qiymətləndirilən cəhdlərdən hesablanır: məşq, qısa test, səviyyə yoxlaması və təsdiqlənmiş təkrarlar. «Mən → Bilik xəritəsi»ndə hər mövzu üzrə mənimsəmə faizini görürsən; gündəlik planda da 70%-dən aşağı mövzular önə çıxır. Valideyn kodu ilə açılan həftəlik icmaldakı «Möhkəmləndiriləcək mövzular» siyahısı eyni həddi göstərir. Soruş söhbəti izah verir, amma mənimsəməni söhbət mesajları ilə ölçmür.

Şəkil yükləyəndə nə baş verir?

Şəkil yalnız tapşırığın mətnini oxumaq və sualı hazırlamaq üçün emal olunur. Bu emal Google AI (Gemini) xidmətində aparılır; şəkil Bildim serverində saxlanılmır. Yalnız aydın riyaziyyat tapşırığı yüklə — şəxsi sənəd, üz şəkli və ya riyaziyyata aid olmayan şəkilləri sistem qəbul etmir.

DİM imtahanına hazırlaşa bilərəm?

Bəli — DİM formatında suallar «Məşq» səhifəsindəki «DİM» rejimində açılır və bütün siniflər üçün əlçatandır. 8–11-ci siniflərdə hədəf olaraq «buraxılış» seçəndə gündəlik planda məşq və təkrar addımları önə çıxır; 9-cu sinifdən etibarən imtahan tarixini qeyd edəndə geri sayım açılır, tarix yaxınlaşdıqca gündəlik planda təkrar və möhkəmləndirmə addımları önə çıxır; hazırlıq göstəricisi isə kifayət qədər cavabdan sonra görünür. Suallar DİM buraxılış imtahan formatına uyğundur və açıq imtahan toplularından transkripsiya edilib (mətn şəklinə salınıb); rəsmi rəqəmsal mənbə deyil. Bildim heç bir nəticə və ya xal artımı zəmanəti vermir. DİM nəticəsi hazırda ölçmə üçündür: Bilik xəritəsindəki mənimsəmə faizini və təkrar cədvəlini avtomatik yeniləmir. Məktəb məşqi və təsdiqlənmiş təkrarlar mənimsəməni yeniləyir.

DİM faizi rəsmi baldır?

Xeyr. DİM rejimindəki faiz Bildimin daxili məşq faizidir, rəsmi bal deyil. Tam sınaq yazılı həlləri avtomatik yoxlamır. Cavablandırılmış səhv sualların doğru cavabı nəticədə görünür; cavabsız qalanların açarı göstərilmir. Gündəlik cəhd limiti var. İmtahan ili üzrə filtr yoxdur, çünki bankda sual səviyyəsində il yoxdur. DİM nəticəsi hazırda ölçmə üçündür: Bilik xəritəsindəki mənimsəmə faizini və təkrar cədvəlini avtomatik yeniləmir. Məktəb məşqi və təsdiqlənmiş təkrarlar mənimsəməni yeniləyir.

Valideyn və müəllimlər nəyi bilməlidir?

Platforma şagirdin müstəqil öyrənməsinə kömək edir; müəllim və valideyn nəzarətini əvəz etmir. Valideyn kodu ilə həftəlik icmalı yalnız oxu üçün görmək mümkündür; kod 90 gündən sonra avtomatik bitir və istənilən vaxt ləğv edilə bilər.

Bildim müəllimlər üçün də istifadə edilə bilər?

Bəli. Müəllim qrup yaradır, dəvət kodu ilə şagirdləri qoşur, Məşq və ya DİM tapşırığı (DİM sual dəsti) təyin edir və yalnız həmin tapşırıqların nəticəsini görür. Şagirdlər eyni Məşq, səhv və Soruş dövründə öyrənməyə davam edir.

Müəllim şagirdin hansı məlumatlarını görə bilər?

Müəllim yalnız təyin etdiyi qrup tapşırıqları üzrə şagirdin göstərilən adını, tamamlanmanı, bal/dəqiqliyi və həmin tapşırıq dairəsindəki möhkəmləndiriləcək mövzuları görə bilir. Müəllim Soruş söhbətlərini, şagirdin müstəqil Məşq və ya DİM cəhdlərini, şəkil yükləmələrini, Bilik xəritəsinin tamamını və valideyn kodu ilə açılan məlumatları görmür.

Müəllim tapşırığı necə təyin edir?

Qrup seçir, Məşq və ya DİM tapşırığı qurur, dərc edir. Şagirdlər Bildimdə həll edir; müəllim nəticəyə görə izləmə tapşırığı da verə bilər.

Şagird bir neçə qrupa qoşula bilər?

Bəli. Hər qrupun öz dəvət kodu var; şagird bir neçə qrupa qoşula bilər — bir qrupla məhdudlaşmır.

Müəllim olmaq üçün ödəniş etmək lazımdır?

Hesab yaratmaq pulsuzdur. Pulsuz hesabda gündəlik limit var; limit hər gün yenilənir.

Daha ətraflı

Siniflər və mövzular: 5–11-ci siniflər. Test və məşq rejimləri: Riyaziyyat testləri. DİM formatında məşq: DİM hazırlığı. Müəllimlər üçün qrup və tapşırıq: Müəllimlər və repetitorlar. Məxfilik və saxlama müddətləri: Məxfilik siyasəti. İstifadə qaydaları: İstifadə şərtləri. Valideynlər üçün: Valideynlər üçün. Sualın burada yoxdursa, əlaqə səhifəsi ilə bizə yaza bilərsən.

Son yenilənmə: 19 sentyabr 2026